Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq

21 Avqust, 2025 - 18:07
Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq

Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılacaq Regional Ailə mərkəzlərinin Şərur və Culfa rayonları üzrə inzibati binalarının tikintisi üçün artıq torpaq sahələri ayrılıb. Cari ildə Komitə tərəfindən mərkəzlərin tikintisinin layihə-smeta sənədlərinin satın alınması xidmətləri ilə bağlı tender sorğusu keçirilib. Nəticələrə əsasən, Komitə ilə qalib təchizatçı “BİMD” Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanıb. Hazırda Şərur və Culfa şəhərlərində inzibati binaların layihələndirilməsi ilə əlaqədar müvafiq işlər həyata keçirilir.

Regional Ailə mərkəzlərinin yaradılması ilə Naxçıvan Muxtar Respublikasında ailələrin dəstəklənməsi mexanizmləri daha da güclənəcək, əhalinin sosial xidmətlərə əlçatanlığı genişlənəcəkdir. Prioritetlər sırasında uşaq hüquqlarının təminatına dəstək, ailə dəyərlərinin, gender mədəniyyətinin təbliğ olunması kimi hədəflər var.

Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq
Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq