Naxçıvanda tədqiqatçılar üçün elmi konfrans keçiriləcək

18 Avqust, 2025 - 15:25
Naxçıvanda tədqiqatçılar üçün elmi konfrans keçiriləcək

Oktyabrın 1-2-də Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, İstanbul Universiteti – Cərrahpaşa, Gümüşhanə Universiteti, Ərzurum Texniki Universiteti (Türkiyyə), Cənub Universiteti ( Rusiya),  Buxara Dövlət Texniki Universiteti (Özbəkistan) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq Elmi Konfransı keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, konfrans üz-üzə və onlayn formatda təşkil ediləcək.

“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda keçiriləcək konfrans müxtəlif elm sahələri üzrə innovativ biliklərin elmi cəmiyyətə çatdırılmasına,  Azərbaycanda süni intellektin inkişafına yönələn yeni tendensiyaların, elmi tədqiqatların aparılmasına təkan verəcək.

Naxçıvanda tədqiqatçılar üçün elmi konfrans keçiriləcək
Naxçıvanda tədqiqatçılar üçün elmi konfrans keçiriləcək