Naxçıvanda tələbələr üçün yataqxana kompleksi tikiləcək

12 Avqust, 2026 - 10:24
Naxçıvanda tələbələr üçün yataqxana kompleksi tikiləcək

Naxçıvan Dövlət Universitetinin tələbələri üçün yataqxana kompleksi tikiləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edilib.

Sərəncama əsasən, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılacaq.