Naxçıvanın 127 şagirdi RFM-in yarımfinalında iştirak edəcək
Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 127 şagird Respublika fənn müsabiqələrinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, nəticələrə əsasən, MR-də ən yüksək göstəricini 27 şagirdlə Naxçıvan şəhəri göstərib. Sonrakı yerlərdə olan Culfa rayonu 18, Ordubad rayonu 17, Babək rayonu 10, Sədərək rayonu 10, Şərur rayonu 6, Şahbuz rayonu 5, Kəngərli rayonu isə 2 şagirdlə təmsil olunub.
Nazirliyə birbaşa tabe təhsil müəssisələri arasında Naxçıvan Qarnizonu tam orta məktəbindən 19, Naxçıvan Qızlar Liseyindən 11, Heydər Əliyev adına orta məktəbdən isə 2 şagird yarımfinal mərhələsinə yüksəlib.



