ADAU-nun tələbəsi dünya çempionatında medal qazanıb

26 Noyabr, 2026 - 09:45
ADAU-nun tələbəsi dünya çempionatında medal qazanıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsinin “Biznesin idarəedilməsi” ixtisası üzrə təhsil alan Növrəstə Cabbarova Elşənovna beynəlxalq yarışda uğur qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Bakıda Dünya Güləş Birliyinin (UWW) təşkilatçılığı ilə keçirilən qrepplinq üzrə dünya çempionatında tələbə U17 yaş kateqoriyasında, 43 kq çəki dərəcəsində mübarizə apararaq bürünc medal əldə edib.

Növrəstə Cabbarova Əjdər Əliyevin yetirməsidir. O, Azərbaycan çempionatında bu idman növü üzrə medal qazanan yeganə qadın idmançıdır.

ADAU-nun tələbəsi dünya çempionatında medal qazanıb