Naxçıvanın 4 məzunu qızıl və gümüş nişanla təltif olunub

3 Sentyabr, 2026 - 16:39
Naxçıvanın 4 məzunu qızıl və gümüş nişanla təltif olunub

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrini yüksək nəticələrlə başa vuran məzunlar qızıl və gümüş nişanlarla təltif ediliblər.

"Azərbaycan müəllimi" xəbər verir, Naxçıvandan 2 məzun qızıl, 2 məzun isə gümüş nişana layiq görülüb.

Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin şagirdi Ərsadiq Cabbarlı və Culfa rayonu Saltaq kənd tam orta məktəbi şagirdi Murad Zülfüqarov qızıl, Babək rayon Şəkərabad kənd tam orta məktəbin şagirdi Fidan Babayeva və Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbin şagirdi Solmaz Ələkbərli isə gümüş medal alıblar.