Naxçıvanın builki məzunları qəbul imtahanlarında 30 ilin ən yüsək nəticəsini göstəriblər
Naxçıvanda 2024-2025-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 500-700 intervalında nəticə göstərən məzunların sayı son 30 ilin ən yüsək göstəricisi olub.
Bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 379 məzun 500-700 intervalında bal tolayıb.
Qeyd edək ki, ötən il isə muxtar respublikanın ümumtəhsil müəssisələrindən 327 məzun 500-700 intervalında bal toplayıb.



