Naxçıvanın peşə təhsili müəssisələrinə 35 qrup üzrə 700 yerlik qəbul planı təsdiqlənib
“2026-2027-ci tədris ili üçün 28 adda ixtisas nəzərə alınmaqla, 35 qrup üzrə 700 yerlik Qəbul Planı təsdiqlənib. Belə ki, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 16 ixtisas üzrə 320 yer, Şərur Peşə Liseyində 9 ixtisas üzrə 180 yer, Ordubad Peşə Liseyində 10 ixtisas üzrə 200 yer ayrılıb”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvanda keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxış edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Əli Vəliyev məlumat verib.
Nazir müavini bildirib ki, 23 iyul-10 avqust 2026-cı il tarixlərində peşə təsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi, 27 avqust-3 sentyabr tarixlərində isə boş qalan plan yerlərinə qəbulun II mərhələsi keçirilib. Hazırda qeydiyyat prosesi aparılır: “10 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp Azərbaycan şirkəti arasında imzalanan əməkdaşlıq sazişinə əsasən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində “Elektronika və kommunikasiya sistemlərinin istismarı” və “Avtoservis” emalatxanaları yaradılıb. Həmin emalatxanalar üçün şirkət tərəfindən Mərkəzə müasir avadanlıqlar gətirilərək qurulub.Emalatxanalar yeni tədris ilindən müəllim və tələbələrin istifadəsinə veriləcəkdir. 2026-2027-ci tədris ilinin Qəbul planında nəzərdə tutulan Mərkəzin müvafiq ixtisaslarında təhsil alan 100-dən çox tələbə təcrübə dərslərində həmin emalatxanaların imkanlardan istifadə edəcəkdir”.




