Naxçıvanın ümumtəhsil müəssisələrinin tutumu 23 400-ə çatdırılacaq

12 Avqust, 2026 - 09:54
Naxçıvanın ümumtəhsil müəssisələrinin tutumu 23 400-ə çatdırılacaq

Naxçıvan şəhərinin böyüməsi ilə paralel olaraq sosial infrastruktur da genişləndiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” barədə məlumat verərkən deyib.

O bildirib ki, təhsil və səhiyyə xidmətləri nəzərə alınaraq, ümumtəhsil müəssisələrinin tutumu 23 min 400, məktəbəqədər təhsil müəssisələrinin tutumu 7 min 800, xəstəxanaların çarpayı fondu isə 650 yerə çatdırılacaq. Xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorların inkişafı hesabına məşğulluq səviyyəsinin də 40 faizə yaxın artaraq 78 min nəfərə çatacağı gözlənilir.