Naxçıvanlı məktəblilər Çanaqqalaya səfər ediblər

2 Dekabr, 2024 - 12:11

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 14 şagirdi “Qardaşlıq və tarix: Çanaqqala görüşü” layihəsi çərçivəsində Türkiyənin Çanaqqala şəhərinə  səfər edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyi Yaşatma və Dəstəkləmə Cəmiyyətinin  təşkilatçılığı ilə keçirilir. Şagirdlər dekabrın 1-dən başlayan 5 günlük səfər çərçivəsində iqdırlı məktəblilərlə birlikdə Çanaqqala şəhərində bir neçə proqrama qatılacaq və sözügedən şəhərdə yerləşən “Çimenlik” qalasını, Şəhidlər xiyabanlarını və digər tarixi yerləri  ziyarət edəcəklər.