Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib

31 İyul, 2026 - 18:18
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib

İyulun 31-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində nazir müavini Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 

Daha sonra Həsən Həsənli vətəndaşların qəbulunu keçirib. Qəbula yazılmış vətəndaşları dinləyən nazir müavini müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Səfər çərçivəsində nazir müavini Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları ilə görüşüb. Görüşdə regionda təhsilin inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, təhsil müəssisələrinin idarə olunması, tədrisin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həsən Həsənli əməkdaşların təklif və fikirlərini dinləyərək fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələrini çatdırıb.

Nazir müavini M.Şeyxzadə adına internat tipli təbiət fənləri təmayüllü gimnaziyada aparılan təmir işləri ilə də tanış olub, görülən işlərin gedişi barədə məlumat verilib.

Daha sonra təhsil müəssisəsində fəaliyyət göstərən STEAM otaqlarına baxış keçirilib, burada yaradılmış müasir tədris mühiti, şagirdlərin praktiki bacarıqlarının inkişafına xidmət edən imkanlar və tədris prosesində tətbiq olunan innovativ yanaşmalarla tanışlıq olub. Təhsil infrastrukturunun müasirləşdirilməsi və keyfiyyətli təhsil mühitinin təmin olunması istiqamətində həyata keçirilən işlərin əhəmiyyəti vurğulanıb.