Nazir müavini: Sənaye və peşə təhsili müəssisələri arasında praktiki əlaqələrin inkişafını müşahidə edirik

27 Fevral, 2025 - 17:58
Nazir müavini: Sənaye və peşə təhsili müəssisələri arasında praktiki əlaqələrin inkişafını müşahidə edirik
Nazir müavini: Sənaye və peşə təhsili müəssisələri arasında praktiki əlaqələrin inkişafını müşahidə edirik

““AzerGold” ilə əməkdaşlığın nəticəsi olaraq sənaye və peşə təhsili müəssisələri arasında praktiki əlaqələrin inkişafını müşahidə edirik. 2020-ci ildən başlayaraq “AzerGold” ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi və ali təhsil müəssisələri arasında bağlanmış əməkdaşlıq sazişi müsbət nəticələr verməkdədir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün 4-cü Təqaüd Müsabiqəsi qaliblərinin mükafatlandırılması və “Mədən topoqrafiyası” kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, dağ-mədən sənayesində əməkhaqqı digər sahələrdən iki dəfə yüksəkdir. Bu isə tələbələrə perspektivli iş imkanları təqdim edir. O bildirib ki, tələbələr səriştələrin və əməyin qiymətləndirildiyi sahələrə yönəlməli və özlərini bu sahələrdə doğrultmağa çalışmalıdırlar.