Nazir müavininin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

27 İyul, 2026 - 14:42
Nazir müavininin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. 

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.