Nazir: Naxçıvanda pedaqoji ixtisaslara maraq artıb

20 Fevral, 2026 - 13:03
Nazir: Naxçıvanda pedaqoji ixtisaslara maraq artıb

2024–2025-ci tədris ilində Muxtar Respublikanın ümumtəhsil müəssisələrini bitirən məzunlar Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə yanaşı, ölkənin nüfuzlu universitetlərinə də qəbul olunublar.

Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2025-ci ildə görülmüş işlərin yekunlarına və 2026-cı ildə qarşıda duran fəaliyyət istiqamətləri ilə bağlı keçirilən  kollegiya iclasında təhsil naziri Elxan Nəcəfov məlumat verib.

O bildirib ki, Naxçıvanda pedaqoji ixtisaslara maraq artıb. Ötən il tələbə adını qazanan 1861 məzundan 591-i pedaqoji profilli ixtisasları seçib. Onlardan 88 məzun 500–700 bal intervalında nəticə göstərib.