Peşə məktəblərində oxuyanların 75%-i dövlət hesabına təhsil alacaq

11 Sentyabr, 2025 - 11:25
 Peşə məktəblərində oxuyanların 75%-i dövlət hesabına təhsil alacaq
 Peşə məktəblərində oxuyanların 75%-i dövlət hesabına təhsil alacaq

Ali təhsilə keçid imkanı verən yüksək texniki peşə təhsili üzrə ümumilikdə 6 min nəfər təhsil alacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.

Nazir bildirib ki, 2026-cı ildə bu sayın 9 mindən çox olması planlaşdırılır.

Ümumilikdə isə peşə təhsili müəssisələrində yeni tədris ilində 26 min tələbənin təhsil alacağı ehtimal olunur.

2025–2026-cı tədris ili üzrə qəbul olunan tələbələrin 75%-i dövlət sifarişli əsaslarla təhsil alacaq.

Qəbul yerlərinin 60%-i regionlar, 40%-i isə Bakı şəhəri üçün nəzərdə tutulub.