NDU-da insan hüquqları mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) tərəfindən cari ilin 18 may-18 iyun tarixlərində elan edilmiş “İnsan Hüquqları Aylığı" çərçivəsində 05 iyun 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində ''İnsan hüquqları'' mövzusunda maarifləndirici tədbir təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbiri giriş sözü ilə fakültənin dekan müavini Abbas Əhmədov açaraq mövzunun əhəmiyyətindən danışıb.
Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov çıxışında insan hüquqlarının mahiyyəti, inkişaf tarixi, insan hüquqlarının əks olunduğu beynəlxalq hüquqi sənədlər və insan hüquqlarına dair əsərləri olan mütəfəkkirlər barədə ətraflı məlumat verib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin İnsan resursları və hüquq şöbəsinin mütəxəssis-hüquqşünası Elşən Rəcəbov çıxış edərək 18 iyun –İnsan Hüquqları Gününün əhəmiyyəti, insan hüquqlarının tarixi inkişaf yolu və Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquqları və azadlıqları barədə geniş məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


