NDU-da “LabHack 2025” Hakatonu keçirilib

26 Dekabr, 2025 - 11:01
NDU-da “LabHack 2025” Hakatonu keçirilib

22–23 dekabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universiteti İnnovasiya Mərkəzində tələbələrin yaradıcılıq və texnoloji bacarıqlarını inkişaf etdirmək məqsədilə “LabHack 2025” adlı hakaton təşkil olunub.

NDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, iki gün davam edən tədbirdə tələbələr real problemlərə innovativ həllər təqdim etmək üçün komandalar şəklində layihələr hazırlayıblar.

NDU-nun Texnoloji transfer və innovasiyalar sektoru, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Azərbaycan İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan hakatonun əsas məqsədi tələbələrin praktiki biliklərini artırmaq, onları müasir texnologiyalarla işləməyə təşviq etmək və tədqiqat, komanda işi, təqdimat bacarıqlarını inkişaf etdirmək olub. Tələbələr universitetin laboratoriya imkanlarından istifadə edərək hazırladıqları prototipləri münsiflər heyətinə təqdim ediblər.

Yarışda ümumilikdə 45 tələbənin qatıldığı 7 komanda iştirak edib. “Ağıllı fermer” layihəsi ilə çıxış edən T4C komandası birinci yerə layiq görülüb. İkinci yerə isə “Reseptplus” layihəsi ilə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İngilis dili Təmayüllü Gimnaziyanın şagirdləri sahib olub. Layihə xəstəxana və apteklər üçün süni intellekt dəstəkli smart sistem təklif edib. Üçüncü yerin qalibi isə universitet və ofislər üçün smart giriş-çıxış cihazı və vebsayt təqdim edən “Feed” komandası olub.