NDU-da Naxçıvanın memarlıq abidələri haqqında dərslik təqdim olunub

23 Dekabr, 2025 - 10:59
NDU-da Naxçıvanın memarlıq abidələri haqqında dərslik təqdim olunub

NDU Elmi Kitabxanasında Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərovanın “Naxçıvan şəhərinin memarlıq abidələri və tarixi mühitinin qorunması” adlı dərs vəsaitinin II cildinin təqdimat mərasimi keçirilib.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbiri giriş sözü ilə açan NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə dərs vəsaitinin Naxçıvanın tarixi memarlıq abidələrinin tanıdılmasında və bölgənin təbliğindəki böyük əhəmiyyətindən bəhs edib. “Naxçıvan şəhərinin memarlıq abidələri və tarixi mühitinin qorunması” adlı dərs vəsaiti Prezident İlham Əliyevin Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı sərəncamına ən gözəl töhfə kimi qiymətləndirilib.

Daha sonra NDU-nun Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov, Elektronika və informasiya texnologiyaları kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Hüseyn Qasımov, Nəqliyyat mühəndisliyi və texniki fənlər kafedrasının müdiri Gülşən Məmmədova, Memarlıq kafedrasının müəllimi Turan Abbaszadə və digər çıxışçılar “Memarlıq” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş, Naxçıvan şəhərinin memarlıq abidələri və tarixi mühitinin qorunmasından bəhs edən dərs vəsaitini yüksək qiymətləndiriblər.

Sonda çıxış edən müəllif Gülnarə Qənbərova elmi mühit üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.