NDU-da süni intellektlə bağlı yeni ixtisasların açılması nəzərdə tutulur – Rektor 

15 May, 2026 - 15:01
NDU-da süni intellektlə bağlı yeni ixtisasların açılması nəzərdə tutulur

“Süni intellektlə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr dayanır”.

“Azərbaycan müəllimi” xəbər verir ki,  bu barədə NDU-da keçirilən “Süni intellekt: nəzəriyyədən praktikaya” III beynəlxalq elmi konfransda çıxışı zamanı universitetin rektoru Elbrus İsayev deyib.

Rektor universitetdə gələcəkdə süni intellektlə bağlı yeni ixtisasların açılmasının nəzərdə tutulduğunu, bu sahədə fəaliyyət göstərəcək ofis və innovasiya məkanlarının yaradılması istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. Həmçinin bildirib ki, ilin sonunadək İBM Mərkəzinin yeni ofisinin istifadəyə verilməsi planlaşdırılır.