NDU-da “Uğura səyahət: Karyera marafonu” adlı təlim keçirilib

31 Oktyabr, 2025 - 14:48
NDU-da “Uğura səyahət: Karyera marafonu” adlı təlim keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində tələbələrin karyera inkişafına dəstək məqsədilə “Alokaryera” mərkəzinin təşkilatçılığı ilə “Uğura səyahət: Karyera marafonu” adlı təlim baş tutub.

NDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbirdə universitetin Tədrisin təşkili şöbəsinin müdiri Aynurə Seyidova çıxış edərək qeyd edib ki, əmək bazarını tanımaq tələbələr üçün sadəcə məlumat əldə etmək deyil, eyni zamanda gələcək karyeralarını qurmaq baxımından mühüm əhəmiyyət daşıyır. O, tələbələrin gələcək planlaması istiqamətində belə təlimlərin rolunun xüsusiliyini vurğulayıb.

Daha sonra Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Xidmət inkişafı şöbəsinin baş mütəxəssisləri Səbinə Siracova və Aytən Rəşidli “Əmək bazarının tələbləri və peşə trendləri” mövzusunda təqdimatla çıxış ediblər. Onlar əmək bazarının çağırışları, müasir peşə bacarıqları, tələb olunan ixtisaslar və karyera quruculuğu istiqamətində tələbələrə ətraflı məlumat veriblər.

Təlim interaktiv şəkildə davam edib, tələbələrlə qarşılıqlı diskussiya aparılıb. Təlimçilər tərəfindən tələbələrin sualları cavablandırılıb və fikirləri dinlənilib.