NDU ilə Düzce Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

31 Oktyabr, 2025 - 16:37

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin Düzce Universiteti arasında NDU-da əməkdaşlıq görüşü keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə NDU-nun rektoru Elbrus İsayev universitetin tarixi, inkişafı və fəaliyyəti haqqında məlumat verib. Vurğulanıb ki, müasir tipli və çoxprofilli təhsil sisteminə malik olan NDU 108 hektarlıq ərazidə yerləşən modern kampusu ilə ölkənin aparıcı ali təhsil müəssisələrindən biridir.

Düzce Universitetinin rektoru Nedim Naxçıvan Dövlət Universiteti ilə qurulacaq ortaq əməkdaşlığın irəlidə uğurlu layihələrə yol açacağına əminliyini ifadə edib.

Əməkdaşlıq görüşündə doktorantura səviyyəsində kadr hazırlığı, birgə elmi konfransların və ortaq tədqiqat işlərinin aparılması, ikili diplom layihələrinin təşkili, akademik heyətin qarşılıqlı fəaliyyəti, müəllim-tələbə mübadiləsinin genişlənməsi barədə razılıq əldə edilib. Hər iki ali təhsil ocağının elmi və tədris-innovasiya infrastrukturundan qarşılıqlı faydalanmaq, maraq kəsb edən digər istiqamətlərdə birgə işlər təşkil etmək nəzərdə tutulub. Eyni zamanda, birgə əməkdaşlıq çərçivəsində perspektivdə olacaq fəaliyyətlərə, xüsusilə süni intellekt əsaslı layihələrin planlaşdırılmasına dair qarşılıqlı təkliflər səsləndirilib.

Sonra Naxçıvan Dövlət Universiteti və Düzce Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb, xatirə fotosu çəkdirilib.