NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb

23 Aprel, 2026 - 18:13
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Kimya” ixtisası üzrə I kurs tələbəsi Sənan Zeyniyev Rusiyanın Moskva şəhərində təşkil olunan “Erudit" Beynəlxalq Onlayn Kimya Müsabiqəsində I yerə layiq görülüb.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, qeyd edilən fakültənin Kimya kafedrasının müəllimi Fizzə Məmmədovanın  elmi rəhbərliyi altında sistemli hazırlıq keçən tələbə beynəlxalq müstəvidə bilik və bacarığı ilə seçilərək I dərəcəli diplom və qızıl medalla təltif olunub.

Sənan Zeyniyev müsabiqədə “Kimyəvi elementlərin yaranma tarixi” nominasiyası ilə iştirak edərək həftənin qalibi seçilib və bu nəticə ilə Naxçıvan Dövlət Universitetinin beynəlxalq elmi uğurlarına növbəti birini əlavə edib.

NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb