NDU rektoru “Çin-Azərbaycan dilləri” ixtisasına qəbul olunan tələbələrlə görüşüb
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bu il ilk dəfə qəbul aparılan “Tərcümə (Çin-Azərbaycan dilləri)” ixtisasında təhsil alan tələbələr ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə bildirilib ki, yeni ixtisas üzrə 15 plan yerindən 14-ü dolub. Tələbələrə Çin dilinin öyrədilməsi və dil bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müvafiq tədris imkanları yaradılıb. İxtisas üzrə dərslərə Türkiyə və Çin vətəndaşı olan müəllimlər cəlb olunub.
Səmimi söhbət formatında keçən görüşdə rektor tələbələrin təhsil prosesi, maraq dairələri və gələcək planları ilə maraqlanıb, onlara uğurlar arzulayıb.




