NDU tələbələri sertifikatla təltif olunublar

26 Yanvar, 2026 - 13:47
NDU tələbələri sertifikatla təltif olunublar

Naxçıvan Dövlət Universitetinin (NDU) Memarlıq və mühəndislik fakültəsində keçirilən “Elektronika və proqramlaşdırma” sərgisinin iştirakçıları sertifikatla təltif olunub.

NDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tələbələr proqramlaşdırma və elektronika sahəsində innovativ düşüncə, yaradıcı texnoloji yanaşma və layihələrin təqdimatında fəal iştiraklarına görə mükafatlandırılıblar. 

Universitetin rektoru Elbrus İsayev tələbələrlə görüşərək onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Rektor tələbələrlə səmimi söhbət apararaq onları daim öz üzərilərində işləməyə, yaradılan imkanlardan səmərəli istifadə etməyə çağırıb, eyni zamanda mübadilə proqramlarının əhəmiyyətindən bəhs edib. O, müasir dövrün tələbi olan İT bacarıqlarına yiyələnməyin vacibliyinə də toxunaraq tələbələrə müvafiq tövsiyələr verib.

Görüş zamanı tələbələr onlara göstərilən diqqət və qayğıya görə rektora minnətdarlıqlarını bildiriblər.

Sonda Elbrus İsayev tərəfindən tələbələrə sertifikat təqdim olunub və kitab hədiyyə edilib.

Qeyd edək ki, Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin təşəbbüsü və iştirakı ilə təşkil olunan “Elektronika və proqramlaşdırma” sərgisində ekologiya, meliorasiya, energetika və proqramlaşdırma sahələrini əhatə edən 35-dən artıq layihə nümayiş etdirilib.