NDU tələbələrinin Türkiyədə yay təcrübəsi uğurla başa çatıb

5 Avqust, 2026 - 10:54
NDU tələbələrinin Türkiyədə yay təcrübəsi uğurla başa çatıb

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri və həkim-rezidentlərinin Türkiyənin aparıcı ali təhsil müəssisələrində keçdikləri yay təcrübəsi uğurla yekunlaşıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, universitetin beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində təşkil olunan proqramda 221 tələbə və həkim-rezident, eləcə də 21 professor-müəllim iştirak edib.Təcrübə Türkiyənin Akdeniz, Ankara, Qazi, Dokuz Eylül, İstanbul–Cərrahpaşa və Qaradəniz Texniki universitetlərinin tibb müəssisələrində keçirilib.

Proqram çərçivəsində iştirakçılar terapiya, cərrahiyyə, pediatriya, ginekologiya, reanimasiya, təcili yardım və digər klinik şöbələrdə praktik hazırlıq keçərək həkimlərin gündəlik fəaliyyətini izləyib, tibbi prosedurlarda iştirak edib, müasir diaqnostika və müalicə üsullarını mənimsəyiblər. Eyni zamanda onlar beynəlxalq akademik mühit və Türkiyənin səhiyyə sisteminin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Yay təcrübəsi tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə, peşə hazırlığının gücləndirilməsinə və beynəlxalq tibbi təcrübənin mənimsənilməsinə mühüm töhfə verib.

Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti beynəlxalq tərəfdaş ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Xaricdə təşkil olunan bu cür təcrübə proqramları universitetin beynəlmiləlləşmə strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, yüksəkixtisaslı və rəqabətqabiliyyətli tibb mütəxəssislərinin hazırlanmasına mühüm töhfə verir.