Bütün xəbərlər
4 oktyabr, 12:51

“Çalışıram ki, dərslərim innovativ, yaradıcı olsun. Ən çox dərslərimdə digər fənlərlə inteqrasiyaya üstünlük verirəm, çünki sağlam bilik bazisi üzərində yeni üstqurum bilgilər verildikdə daha yaxşı nəticə əldə etmək olur. Mövzularla əlaqədar olaraq oyunəsaslı dərslər qururam”.

Şanlı Zəfərin işığında Şuşalı müəllimin uğur hekayəsini vərəqləməklə qısa  tərcümeyi-halına diqqət edirik. Zərifə İbrahimova 2005-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin bakalavr, 2008-ci ildə isə magistr səviyyələrini fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə Şuşa rayon 4 nömrəli tam orta məktəbdə çalışıb, 2006-cı ildən  isə Şuşa rayon 10 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyir. İşlədiyi müddətdə pedaqoji kollektivin  və şagirdlərinin dərin hörmətini  qazana bilib. Məktəbdə  qabaqcıl müəllim kimi  nüfuz sahibidir.

2021-ci ildən şagirdləri ilə eTwinning platformasında layihələrdə fəal iştirak edir. Həmin ildə sözügedən platformada əslən şuşalı, Azərbaycan  və Türkiyənin ictimai siyasi xadimi, görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğlu və qızı Tezer Taşkırana həsr olunmuş “Anadoludan Qafqaza könül körpüsü” adlı layihədə Qarabağ məktəbinin müəllimi olaraq yer alıb: “Şuşamızın tarixi, coğrafiyası, mədəniyyətini təbliğ etməkdən qürur duydum və həm milli, həm də Avropa keyfiyyət nişanı aldım. 

2022-2023-cü illərdə digər layihələri həm milli, həm də Avropa keyfiyyət nişanları, qazanıb: “eTwinning layihələrində fəal iştirak etməyimin səbəbi məktəbimizdə təhsil alan şagirdlərimi yeni web-2 alətləri ilə tanış etmək, onlarda həyati bacarıqlar, problem həlletmə qabiliyyəti formalaşdırmaq və onların sosiallaşmasıdır. Belə ki, şagirdlərimin layihədə tərəfdaş olan digər ölkələrin müəllim və məktəbliləri ilə sərbəst fikir mübadiləsi onların şəxsiyyətinə verilən dəyərdir”.

Bu gün Zərifə müəllim işlədiyi məktəbdə həm vətənpərvərlik, həm də fənni ilə əlaqəli çoxsaylı tədbirlər, viktorinalar keçirir. O, 2021-ci ildə “T-Network” təhsil işçilərinin  təcrübə kommunikasiya platformasında təşkil olunan “Təhsil ulduzu” layihəsində iştirak edib”. 2021-ci ildə Şuşa və İsmayıllı məktəbləri ilə birgə “Dişli çarxlarla əməkdaşlıq - Qardaşlaşmış məktəblər” adlı qrant layihədə tərəfdaş kimi iştirakçı olub. 2023-cü ildə Azedu.az təhsil platformasının təşkil etdiyi “Örnək müəllimlər” layihəsində qalib olub və respublika üzrə seçilən 150 müəllimin içərisində yer alıb. Z.İsmayılova  müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında 54 bal toplayıb, daha böyük uğur qazanmaq üçün səylə çalışır. O, 2013 və 2020-ci illərdə Şuşa Rayon Təhsil Şöbəsi, 2023-cü ildə isə Qarabağ Regional Təhsil İdarəsi tərəfindən təlim- tərbiyə sahəsində, ictimai işlərdə uğurlu fəaliyyətinə görə fəxri fərman və təşəkkürnamələrə layiq görülüb. Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Zərifə İbrahimova “Azərbaycan müəllimi” qəzetinə öz uğur  hekayəsini danışanda sonda belə bir  fikir də əlavə etdi: “Elm özünü korrektə edən prosesdir, ona görə düşünürəm ki, təhsilverən daim öz üzərində çalışmalı, yaradıcı olmalı, hər bir şagirdinin psixoloji, yaş xüsusiyyətlərini, bilik və bacarıqlarını nəzərə alaraq hər dərsi üçün şagirdlər tərəfindən sevilən və onları motivasiya edən yeni reseptlər hazırlamalıdır. Təhsilimizdə sertifikatlaşdırma  prosesi biz təhsilverənləri davamlı peşəkar inkişafa, yeni texnologiyalara uyğunlaşmağa sövq etməklə, təhsilin keyfiyyətini yüksəltməklə, müəllimlərin əməkhaqqlarının artmasına səbəb oldu. Bu da cəmiyyətimizdə müəllimin nüfuzunu daha da artırır. Bugünkü müəllimin də ən başlıca vəzifəsi mənsub olduğu millətin tarixi, coğrafiyası, mədəniyyətini yaxşı bilən və milli qüruru, milli hissiyatı yüksək, vətəninə böyük sevgi ilə bağlı vətəndaşlar yetişdirməkdir”.

Bəli, Zərifə müəllimin arzuları böyükdür. Biz də öz növbəmizdə ona  gələcək arzularının  həyata  keçməsində uğurlar arzulayırıq.

Şakir CƏFƏROV

Xəbər lenti

28 yanvar, 21:34

Aktiv fəaliyyətlər uşaqların xoşbəxtlik hormonunu artırır - MÜSAHİBƏ

28 yanvar, 20:38

STEAM-in təcrübə proqramına 500-dən çox gənc müraciət edib

28 yanvar, 20:31

4 rayonda yeni peşə təhsili müəssisələri tikiləcək

28 yanvar, 20:17

Folklor İnstitutuna yeni direktor təyin olunub

28 yanvar, 20:11

Tələbələr ildə bir dəfə özəl klinikada pulsuz tibbi müayinədən keçəcəklər

28 yanvar, 18:13

Prezidentdən yeni təyinat

28 yanvar, 17:14

Məktəb sənədləri rəqəmsallaşdırılır

28 yanvar, 17:10

Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir – FOTO

28 yanvar, 16:53

Birgə nahar müəllim-şagird əlaqələrini daha da gücləndirir ARAŞDIRMA

28 yanvar, 16:30

Lənkəranda qəza: xəsarət alanlar arasında məktəbli də var

28 yanvar, 16:23

Peşə mərkəzində hibrid və elektrik avtomobillər emalatxanası yaradılır

28 yanvar, 16:23

Region birincisinin uğur formulu: Vaxtdan düzgün istifadə edin!

28 yanvar, 16:08

Kənan Mirzəyev: Region gənclərinin peşə təhsilinə cəlbi prioritetdir

28 yanvar, 15:41

Əmək vəzifələrinin kobud pozulması halları hansılardır?

28 yanvar, 15:25

Universitetlər “yaşıl bacarıqlar” baxımından geridə qalır?

28 yanvar, 15:05

2025-ci ildə təhsili formalaşdıracaq 5 trend

28 yanvar, 14:57

Könüllülük gənclərin iş tapmasını asanlaşdırırmı? 

28 yanvar, 14:39

Yüksək nəticə toplayan region olimpiadaçıları - Uğur hekayələri

28 yanvar, 13:47

“Müəllim hər yeniyetmənin unikal olduğunu qəbul etməlidir” – Psixoloq

28 yanvar, 12:55

Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.