Bütün xəbərlər
10 oktyabr, 13:46

Oktyabrın 10-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir neçə məktəbdə olub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, nazir müavini səfər çərçivəsində təhsil ocaqlarında yaradılan şəraitlə tanış olmaq, məktəb kollektivi ilə görüş keçirmək məqsədilə Şuşa şəhəri 1 nömrəli, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli və Xocalı şəhəri 1 nömrəli tam orta məktəblərə baş çəkib.

Nazir müavini sözügedən məktəblərdə tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb. Görüşlər zamanı məktəbin idarə olunması və tədris prosesinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və fikirləri dinlənilib, qarşıdakı məqsədlər müzakirə olunub.

Firudin Qurbanov səfəri zamanı bu ərazilərdə yaşayan şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün həyata keçirilən işlərlə tanış olub və təhsil şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq göstərişlər verib.

Qeyd edək ki, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə hazırda 124 şagird təhsil alır və 18 nəfərlik pedaqoji heyət fəaliyyət göstərir. Bundan əlavə, məktəbdə icma əsaslı məktəbəqədər təhsil qruplarında 26 uşaq təhsilə cəlb olunub.

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə isə tədrisə cəlb edilən şagirdlərin sayı 500-dən çoxdur. Onlardan 50-yə yaxını məktəbəhazırlıq qrupunda təhsil alır. Məktəbin 39 nəfər işçi heyəti var.  

Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə 71 şagird təhsil alır, bunlardan 8 nəfər məktəbəhazırlıq qrupundadır. Bu məktəbin pedaqoji heyəti isə 18 nəfərdən ibarətdir.

1 /22

Xəbər lenti

28 yanvar, 21:34

Aktiv fəaliyyətlər uşaqların xoşbəxtlik hormonunu artırır - MÜSAHİBƏ

28 yanvar, 20:38

STEAM-in təcrübə proqramına 500-dən çox gənc müraciət edib

28 yanvar, 20:31

4 rayonda yeni peşə təhsili müəssisələri tikiləcək

28 yanvar, 20:17

Folklor İnstitutuna yeni direktor təyin olunub

28 yanvar, 20:11

Tələbələr ildə bir dəfə özəl klinikada pulsuz tibbi müayinədən keçəcəklər

28 yanvar, 18:13

Prezidentdən yeni təyinat

28 yanvar, 17:14

Məktəb sənədləri rəqəmsallaşdırılır

28 yanvar, 17:10

Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir – FOTO

28 yanvar, 16:53

Birgə nahar müəllim-şagird əlaqələrini daha da gücləndirir ARAŞDIRMA

28 yanvar, 16:30

Lənkəranda qəza: xəsarət alanlar arasında məktəbli də var

28 yanvar, 16:23

Peşə mərkəzində hibrid və elektrik avtomobillər emalatxanası yaradılır

28 yanvar, 16:23

Region birincisinin uğur formulu: Vaxtdan düzgün istifadə edin!

28 yanvar, 16:08

Kənan Mirzəyev: Region gənclərinin peşə təhsilinə cəlbi prioritetdir

28 yanvar, 15:41

Əmək vəzifələrinin kobud pozulması halları hansılardır?

28 yanvar, 15:25

Universitetlər “yaşıl bacarıqlar” baxımından geridə qalır?

28 yanvar, 15:05

2025-ci ildə təhsili formalaşdıracaq 5 trend

28 yanvar, 14:57

Könüllülük gənclərin iş tapmasını asanlaşdırırmı? 

28 yanvar, 14:39

Yüksək nəticə toplayan region olimpiadaçıları - Uğur hekayələri

28 yanvar, 13:47

“Müəllim hər yeniyetmənin unikal olduğunu qəbul etməlidir” – Psixoloq

28 yanvar, 12:55

Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.