Bütün xəbərlər
10 oktyabr, 16:14

Oktyabrın 10-da Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli məktəbin inzibati binasının açılışı olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, açılışda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirak edib. Tədbirə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil idarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Əliyeva, rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və valideynlər qatılıb.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli tədbirdə çıxış edərək bildirib ki, Elm və Təhsil Nazirliyinin əsaslı təmir etdiyi məktəb binasında 1200 şagirdin təhsil alması üçün lazımi şərait yaradılıb. O, ümumiyyətlə, ölkə ərazisində, o cümlədən işğaldan azad olunmuş torpaqlarda tikilən, əsaslı təmir edilən məktəblərlə bağlı da məlumat verib, dövlətin diqqət və qayğısı sayəsində bütün təhsil müəssisələrində belə yüksək şərait yaradılacağına inandığını deyib. Aparat rəhbəri şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün müəllim və valideynlər arasında sıx əlaqənin vacibliyini də vurğulayıb.

Sonra tədbir iştirakçıları məktəb binasında yaradılan şəraitlə tanış olublar.

Mətin Kərimli məktəbin olimpiada və müxtəlif beynəlxalq müsabiqələrdə uğur qazanmış qalib şagirdləri ilə də görüşüb. O, qazanılan uğurlarda müəllimlərin rolunu xüsusi qeyd edib. Hər şagirdin gələcəyin yüksək ixtisaslı peşə sahibi olacağına inandığını bildirərək onlara uğur arzulayıb.


Qeyd edək ki, I.Kişiyev adina 17 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binasında 57 sinif otağı, 2 informatika kabineti, 2 idman zalı, 1akt zalı var. Hazırda məktəbdə 543 şagird təhsil alır. Təşkil edilən 25 sinif komplektindən biri  peşə təmayüllüdür. Məktəbdə 48 nəfərdən ibarət pedaqoji heyət çalışır, texniki işçilərin sayı 20 nəfərdir.

Aynur QULİYEVA,
Mərkəzi Aran regionu üzrə təmsilçi

1 /14

Xəbər lenti

28 yanvar, 21:34

Aktiv fəaliyyətlər uşaqların xoşbəxtlik hormonunu artırır - MÜSAHİBƏ

28 yanvar, 20:38

STEAM-in təcrübə proqramına 500-dən çox gənc müraciət edib

28 yanvar, 20:31

4 rayonda yeni peşə təhsili müəssisələri tikiləcək

28 yanvar, 20:17

Folklor İnstitutuna yeni direktor təyin olunub

28 yanvar, 20:11

Tələbələr ildə bir dəfə özəl klinikada pulsuz tibbi müayinədən keçəcəklər

28 yanvar, 18:13

Prezidentdən yeni təyinat

28 yanvar, 17:14

Məktəb sənədləri rəqəmsallaşdırılır

28 yanvar, 17:10

Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir – FOTO

28 yanvar, 16:53

Birgə nahar müəllim-şagird əlaqələrini daha da gücləndirir ARAŞDIRMA

28 yanvar, 16:30

Lənkəranda qəza: xəsarət alanlar arasında məktəbli də var

28 yanvar, 16:23

Peşə mərkəzində hibrid və elektrik avtomobillər emalatxanası yaradılır

28 yanvar, 16:23

Region birincisinin uğur formulu: Vaxtdan düzgün istifadə edin!

28 yanvar, 16:08

Kənan Mirzəyev: Region gənclərinin peşə təhsilinə cəlbi prioritetdir

28 yanvar, 15:41

Əmək vəzifələrinin kobud pozulması halları hansılardır?

28 yanvar, 15:25

Universitetlər “yaşıl bacarıqlar” baxımından geridə qalır?

28 yanvar, 15:05

2025-ci ildə təhsili formalaşdıracaq 5 trend

28 yanvar, 14:57

Könüllülük gənclərin iş tapmasını asanlaşdırırmı? 

28 yanvar, 14:39

Yüksək nəticə toplayan region olimpiadaçıları - Uğur hekayələri

28 yanvar, 13:47

“Müəllim hər yeniyetmənin unikal olduğunu qəbul etməlidir” – Psixoloq

28 yanvar, 12:55

Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.