Lənkəran STEAM Mərkəzi SAF 2024-də 9 kateqoriya üzrə 12 komanda ilə yarışır
Keçən il 11 ölkədən 300 komandanın qatıldığı Beynəlxalq STEAM Azərbaycan Festivalı 4-cü dəfə öz işinə başlayır.
“Azərbaycan müəllimi” oxucularını Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında Lənkəran-Astara regionundan iştirak edəcək komandalarla tanış edir.
Lənkəran STEAM Mərkəzi
Komandalar haqqında məlumata keçməzdən əvvəl regionda ilk və tək olan Lənkəran STEAM Mərkəzinin fəaliyyətinə nəzər salaq. Mərkəz 2022-ci ilin mart ayında fəaliyyətə başlayıb. Lənkəran STEAM Mərkəzinin qapıları Lənkəran məktəblərinin şagirdləri ilə yanaşı Lerik, Masallı, Yardımlı, Astara və Cəlilabad rayonlarının şagirdlərinə də açıqdır. Mərkəzə daim bu rayonlardan ekskursiyalar təşkil olunur. İndiyə qədər müxtəlif qrant layihə rəhbərləri şagirdlərlə birlikdə mərkəzdə təlimlər keçirib. 2 illik fəaliyyəti dövründə Unicefin STEAM Azərbaycanla olan “Qızların karyera seçiminə dəstək”, bu il isə “Green Life” layihələri həyata keçirilib.
2021-ci ildən təşkil olunan Beynəlxalq STEAM Azərbaycan Festivalına Lənkəran STEAM mərkəzi 2022-ci ildən qoşulub. İştirak edən komandalar həmin ildə müxtəlif nominasiyalar üzrə 1-ci, 2-ci, 3-cü yerləri tutublar. SAF-2023 Festivalından da Lənkəran STEAM Mərkəzi böyük uğurlarla qayıdıb.
9 kateqoriya üzrə 12 komanda
Bu il isə Lənkəran STEAM Mərkəzi Yaşıl SAF 2024-də 9 kateqoriya üzrə 12 komanda ilə təmsil olunur. Bizi həmin komandalar və üzvləri ilə hazırda Raya Ağayeva ilə birlikdə Lənkəran STEAM Mərkəzinin koordinatoru kimi fəaliyyət göstərən Turanə müəllim tanış edəcək.
Turanə Heydərli Lənkəran Dövlət Humanitar Kollecinin “İbtidai sinif müəllimiyi”, Bakı Dövlət Universitetinin “Riyaziyyat” ixtisasını bitirib: “2015-ci ildən MİQ-də iştirak edərək Lerikin ucqar kəndi olan Vamazqonda pedaqoji fəaliyyətə başlamışam, 3 ildən sonra yerdəyişmə ilə Hirkan qəsəbə A.Quliyev adına tam orta məktəbin ibtidai sinif müəllimi kimi işə başlamışam. Hazırda da burada çalışıram. Müxtəlif təlimlərdə, layihələrdə iştirak etmişəm. 2023-cü il Elm və Təhsil Nazirliyinin 5 oktyabr Beynəlxalq Müəllimlər Günü və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi yüksək nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmuşam. 2022-ci ildən bəri mən və Raya Ağayeva Lənkəran STEAM Mərkəzinin koordinatoruyuq. Lənkəran STEAM Mərkəzi 5 otaqdan (robotic zone, sience zone, coding zone, engineering zone, art zone) və dron sahəsindən ibarətdir”.
“Hər il iştirak etdiyimiz SAF Festivalında bu il 12 komanda ilə iştirak edirik. 10 komandanın üzvləri Lənkəran, 2 komandanınkı isə Astara şagirdləridir. Komandamızın üzvlərini sizlərə təqdim etmək istəyirəm:
1. Mailə Fərəczadə (Viravul 2 nömrəli məktəb)
Emin Səfərli
Sənan Məmmədzadə
2. Turanə Heydərli (Hirkan qəsəbə A.Quliyev adına tam orta məktəb)
Nəzrin Babayeva
Murad Babayev
3. Lalə Yunuslu ( Haftoni qəsəbə tam orta məktəb)
Zəhra Ağayeva
Murad İsazadə
4. Ülviyyə Əliyeva
Xəzər Həşimli (Ürgə kənd tam orta məktəb)
Abdullah Sovqatzadə
5. Gülnarə Aslanova (Hirkan qəsəbə A.Quliyev adına tam orta məktəb)
Baxşiyev Cavidan
Abdullayev Vüqar
6. Raya Ağayeva
Məhəmməd İskəndərli ( 7 nömrəli tam orta məktəb)
Əli Camalov
Ramiz Rəhimov
7. Musa Camalov (6 nömrəli məktəb-lisey)
Banu Camalova
Ülvi Əliyev
Rəşid Ramazanzadə
8. Aynur Məmmədova (7 nömrəli tam orta məktəb)
Zamiq Əhmədov
Elçin Ağayev
Yunis Şükürlü
Şükürov Mehdi
9. Elçin Səfərov (Haftoni qəsəbə tam orta məktəb)
Tofiq Ağayev
Aqil Qurbanov
10. Saniyə Əliyeva (Haftoni qəsəbə tam orta məktəb)
Nazlı Şahverdiyeva
Aylin Zeynalova
11. Nemət Tarverdiyev(Astara-Deqədi kənd tam orta məktəb)
Murad İsayev
Dadaş Məstiyev
12. Vüsalə Rüstəmova (Astara- Qapıçıməhəllə kənd ümumi orta məktəb)
Şəms Qasımova
Nuray Salmanlı
“Şagirdlərimizin beynəlxalq yarışlarda iştirak etməsi çox təqdirəlayiqdir. Yarışda yeni dostlar, komanda yoldaşları tanıyacaq, qızğın mübarizə olacaq, dünyagörüşləri artacaq, öz STEAM bacarıqlarını digər ölkələrdən gəlmiş şagirdlərə, qonaqlara nümayiş etdirəcəklər. Özləri də həm yarışıb, həm öyrənib, həm də əylənəcəklər, müxtəlif yerlər tutub hədiyyələr qazanacaqlar. İnanırıq ki, komandalarımız yüksək nailiyyətlər əldə edəcəklər”.
Xatırladaq ki, 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə reallaşdırılacaq festival Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.
1 /13
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)