Bütün xəbərlər
29 oktyabr, 11:42

23-25 oktyabr 2024-cü il tarixlərində Malta Respublikasının Sent-Culians şəhərində Malta Əlavə və Ali Təhsil Təşkilatının (MFHEA) ev sahibliyi etdiyi Avropa Ali Təhsil üzrə  Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) Baş Assambleyası keçirilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə Malta təhsil, idman, gənclər, tədqiqat və innovasiya naziri Klifton Qrima, ENQA-nın prezidenti Duqlas Blakstok və direktoru Anna Qover, MFHEA-nın baş icraçı direktoru Rouz Ane Kuşier, eləcə də ENQA-ya üzv və müşahidəçi statusunda olan keyfiyyət təminatı agentliklərinin rəhbər şəxsləri və nümayəndələri iştirak edib.

Tədbirdə Avropa keyfiyyət təminatı üzrə standartlar və təlimatlar sənədinin (ESG) təkmilləşdirilməsi, keyfiyyət təminatında tədqiqat, rəqəmsallaşma, data-əsaslı qərarvermə, keyfiyyət təminatı agentlikləri arasında əməkdaşlıq kimi mühüm mövzular müzakirə olunub. Eyni zamanda Baş Assambleya çərçivəsində ENQA İdarə Heyətinə seçkilər keçirilib.

Bildiririk ki, ENQA-nın dəstəyi ilə həyata keçirilən SEGA-ESG II layihəsi çərçivəsində digər 3 ölkədə (Bosniya-Herseqovina, Serbiya və Ukrayna) olduğu kimi Azərbaycanda da milli keyfiyyət təminatı agentliyi olan TKTA-nın ENQA-ya tamhüquqlu üzvlüyünün dəyərləndirilməsi məqsədilə fəaliyyət planı hazırlanıb və aidiyyəti üzrə ENQA-ya təqdim olunub. Növbəti il ərzində TKTA-nın ENQA-ya üzvlük prosesi ilə əlaqəli Özünütəhlil hesabatının hazırlanması və ENQA-nın müvafiq komissiyasının TKTA-ya sahə səfəri planlaşdırılır. 

1 /1

Şərhlər

Xəbər lenti

18 sentyabr, 10:06

Narkomanlığın profilaktikası məqsədilə məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.