Ölkə üzrə 200 məktəbin iştirakı ilə həyata keçirilən “Məktəblər üçün PİSA” qiymətləndirmə tədqiqatında 8500-dən çox şagird iştirak edib.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədqiqatın koqnitiv hissəsində şagirdlər oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıq əsaslı sualları cavablandıraraq, öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Sorğu hissəsində isə şagirdlər sosial, emosional və iqtisadi vəziyyətlərini ölçən sualları cavablandırıblar.
Qeyd edək ki, növbəti həftədən etibarən toplanmış məlumatların təmizlənməsi və cavabların yoxlanılması prosesinə başlanılacaq. Məlumatlar beynəlxalq mərkəzə təqdim edildikdən sonra İƏİT tərəfindən tədqiqatda iştirak etmiş hər bir məktəb üçün fərdi hesabatlar hazırlanacaq və bu tədqiqatın nəticələrindən məktəblərin inkişaf planının hazırlanmasında istifadə ediləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)