Bütün xəbərlər
16 noyabr, 10:44

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə də ekoloji mühitin qorunması ilə bağlı müəyyən tədbirlər həyata keçirilir ki, onların bir hissəsi sırf şagirdlər üçün nəzərdə tutulub. Təhsil sektorlarının bölgələrdə keçirdiyi tədbirlər məktəblilərə yaşıl təbiətimizi qorumaq baxımından məsuliyyət və sevgi hissi aşılayır. 

Qazax-Tovuz Regional Təhsil İdarəsi də 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, bir sıra yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, “dəyirmi masa” və seminarlar keçirib. Bundan başqa, tədris ili ərzində məktəblərdə müxtəlif tədbirlər, sərgi və bilik yarışları təşkil olunub. 

Tovuz rayon Ağbulaq kənd M. Hümbətov adına tam orta məktəbdə “Təbiətdən incəsənətə” mövzusunda keçirilmiş əl işlərindən ibarət müsabiqə məktəbliləri mövcud problemlərin həlli yollarına cəlb etməklə yanaşı, onların istedadlarının da üzə çıxmasına imkan yaradıb. 

Tovuz STEAM Mərkəzində isə Tovuz, Ağstafa və Qazax rayonlarının STEAM dərsi tədris edilən məktəblərinin şagirdlərinin əl işləri nümayiş etdirilib. 

Qazaxın 1 nömrəli tam orta, Hacımahmudova adına ümumi orta məktəblərində, humanitar və təbiət fənlər təmayüllü məktəb-liseydə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə mövzusunda tədbirlər keçirilib.

İdarənin tabeçiliyində fəaliyyət göstərən “Peşə təmayüllü siniflər” layihəsinin mentorları "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Təbiət bizik" adlı sosial-ekoloji düşərgə təşkil ediblər. 

Ağstafa rayonu üzrə təhsil sektorunun və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Elmli həyat, yaşıllıq yarat" adlı tədbir, Ağstafada yeniyetmə oğlanlar arasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş, 105 nəfər idmançının iştirakı ilə voleybol üzrə rayon turniri keçirilib. Həmçinin Ağstafa təhsil işçiləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasında iştirak edərək yaşıllıqların artırılmasına öz töhfələrini veriblər. “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı Ağstafa rayon ümumtəhsil müəssisələrinin şagirdləri və onların valideyinlərinin iştirakı ilə keçirilən intellektual bilik yarışı isə nəinki şagirdləri, eyni zamanda valideynləri də həmrəyliyə cəlb edib.

Həyata keçirilən bütün layihələrin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsidir.

1 /6

Xəbər lenti

28 yanvar, 21:34

Aktiv fəaliyyətlər uşaqların xoşbəxtlik hormonunu artırır - MÜSAHİBƏ

28 yanvar, 20:38

STEAM-in təcrübə proqramına 500-dən çox gənc müraciət edib

28 yanvar, 20:31

4 rayonda yeni peşə təhsili müəssisələri tikiləcək

28 yanvar, 20:17

Folklor İnstitutuna yeni direktor təyin olunub

28 yanvar, 20:11

Tələbələr ildə bir dəfə özəl klinikada pulsuz tibbi müayinədən keçəcəklər

28 yanvar, 18:13

Prezidentdən yeni təyinat

28 yanvar, 17:14

Məktəb sənədləri rəqəmsallaşdırılır

28 yanvar, 17:10

Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir – FOTO

28 yanvar, 16:53

Birgə nahar müəllim-şagird əlaqələrini daha da gücləndirir ARAŞDIRMA

28 yanvar, 16:30

Lənkəranda qəza: xəsarət alanlar arasında məktəbli də var

28 yanvar, 16:23

Peşə mərkəzində hibrid və elektrik avtomobillər emalatxanası yaradılır

28 yanvar, 16:23

Region birincisinin uğur formulu: Vaxtdan düzgün istifadə edin!

28 yanvar, 16:08

Kənan Mirzəyev: Region gənclərinin peşə təhsilinə cəlbi prioritetdir

28 yanvar, 15:41

Əmək vəzifələrinin kobud pozulması halları hansılardır?

28 yanvar, 15:25

Universitetlər “yaşıl bacarıqlar” baxımından geridə qalır?

28 yanvar, 15:05

2025-ci ildə təhsili formalaşdıracaq 5 trend

28 yanvar, 14:57

Könüllülük gənclərin iş tapmasını asanlaşdırırmı? 

28 yanvar, 14:39

Yüksək nəticə toplayan region olimpiadaçıları - Uğur hekayələri

28 yanvar, 13:47

“Müəllim hər yeniyetmənin unikal olduğunu qəbul etməlidir” – Psixoloq

28 yanvar, 12:55

Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.