Bütün xəbərlər
2 fevral, 10:25

"Gənclik bütün cəmiyyətlərin hərəkətverici qüvvəsidir. Gəncliyinə sahib olan dövlət hər zaman uğurlar qazanıb".

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Türkiyədə çalışan azərbaycanı alim Abdulla Sofiyev deyib.

O bildirib ki, Azərbaycan dövləti gənclərin inkişafına yönəlik çoxlu dövlət proqramları hazırlayıb, buna da ancaq sevinməliyik:

"Dinimiz də söyləyir ki, elm Çində olsa belə, onun dalınca getməlisən. Bütün uğurların və uğursuzluqların təməli gənclikdə qoyulur. Gənclərin uğura aparan yolu müxtəlif mərhələlərdən ibarətdir, onların formalaşması üçün ən yaxşı dövr orta məktəb, yetişməsi üçün ən yaxşı dövr isə universitet illəridir. Gənclərimiz bir sahədə özlərini mükəmməl inkişaf etdirmək üçün dünyanın ən yaxşı universitetlərindən birini uğurla, yüksək müvəffəqiyyətlə bitirməlidirlər. Əgər gənc bu vaxtı qaçırıbsa, öz ixtisasını və ya doktoranturasını dünyaşöhrətli alimin yanında (bəlkə də öz ölkəsində) və ya dünyanın aparıcı elmi mərkəzlərindən birində keçməlidir. Əgər bu vaxtı da qaçırıblarsa, dünyanın ən yaxşı elmi mərkəzlərindən birində postdoktorluq işləri görməlidirlər.

Bunlar tədqiqatçıda fərqli baxış yaradır. Bu kateqoriyalarda uğur qazanmaq asan deyil, lakin çox uğurlu olmaq insanı milyonlarla insandan fərqləndirir. Bu elmi sərmayə ona özünü və yaşıdlarını işlədiyi elm deyilən binada yerləşdirməyə və özünü onlarla müqayisə etməyə imkan verir".

Abdulla Sofiyev gənclər üçün bir sıra tövsiyələr də verib:

"15-25 yaşlarda keçirdiyin boş zaman, 40-50 yaşlarında belinə yük olacaq.

30 yaşına qədər bunun fərqində olmasan, 50-60 yaşında daha ağır yük daşımalı olacaqsan.

Təkamülünü 35 yaşa qədər tamamla, yoxsa ömrünün sonuna qədər əziyyət çəkəcəksən".

Şərhlər

Xəbər lenti

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.