Bütün xəbərlər
test
17 yanvar, 15:50

Yeni bir araşdırmaya əsasən, insanların nişastalı qidalara sevgisi Homo sapiensdən əvvəl də mövcud ola bilər.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədqiqat nəticəsinə görə, AMY1 adlı genin təkrarlanması nişastalı qidalara uyğunlaşmanın formalaşmasında mühüm rol oynayıb.

Tədqiqat Conn Laboratoriyası və Buffalo Universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Onlar qədim insanların genetik materialını analiz edərək nişastanın həzmini asanlaşdıran amilaza fermentinin istehsalını təmin edən genin təkamül prosesini izləyiblər. Əldə olunan nəticələrə görə, bu genin təkrarlanması, hətta Neandertallar və Denisovalılar kimi nəsli kəsilmiş insan növlərində də mövcud olub.

Mütəxəssislər müəyyən ediblər ki, 45 min il əvvəl ovçu-yığıcı insanlar orta hesabla dörd-səkkiz nüsxə AMY1 geninə malik olublar. Bu, insan təkamülünün erkən mərhələlərində belə nişastalı qidaların pəhrizdə mühüm yer tutduğunu göstərir.

Tədqiqat həmçinin bu genin təkrarlanmasının təsadüfi baş verdiyini və fərqli mühitlərə uyğunlaşma imkanı yaratdığını üzə çıxarıb. Xüsusilə, kənd təsərrüfatına keçid dövründə AMY1 geninin nüsxələrinin sayında kəskin artım müşahidə olunub ki, bu da təbii seçimin təsiri ilə izah olunur.

Araşdırmanın nəticələri göstərir ki, karbohidratların metabolizmi və enerjiyə çevrilməsi təkcə insan beyninin inkişafı üçün deyil, həm də təkamülümüzün ümumi istiqamətində mühüm rol oynayıb.

Bu nəticələr alimlərə qədim insanların pəhriz vərdişləri və genetik təkamülü barədə daha dərin biliklər əldə etməyə imkan verir.

Xəbər lenti

17 yanvar, 19:23

Bu il əlavə olaraq 500-dən çox metodist işə cəlb olunacaq

17 yanvar, 19:10

Agentlik: Regionlarda metodistlər işdən çıxarılmır, metodiki xidmət yenilənir

17 yanvar, 17:54

ETN yanında İctima Şuranın üzvləri məktəb direktorları ilə görüşüblər – FOTOLAR

17 yanvar, 17:35

Şirvan-Salyan bölgəsinin 16 şagirdi olimpiadada 2 fənn üzrə uğur qazanıb

17 yanvar, 17:35

Millət vəkilindən məktəblərdə telefon qadağası ilə bağlı AÇIQLAMA

17 yanvar, 17:23

Şagirdlər etiraf edirlər ki, telefon olmayanda dərsi daha yaxşı başa düşürlər – Ekspert 

17 yanvar, 17:14

 Xarici dil fənn kurikulumunun müzakirəsi keçirilib

17 yanvar, 17:10

Qlobal istiləşmə 30 milyon insanın həyatına son qoyacaq

17 yanvar, 17:07

Robotlar insan astronavtları əvəz edə bilərmi?  

17 yanvar, 16:54

ADPU-da 20 Yanvar şəhidləri anılıb

17 yanvar, 16:54

Olimpiadanın yarımfinalında - “Özüm hazırlaşmışam” 

17 yanvar, 16:50

Xərçəngin müalicəsi üçün nəzərdə tutulan layihə ləğv edilib

17 yanvar, 16:47

LDU-da “Qanlı yanvar - əbədi xatirə” mövzusunda tədbir keçirilib

17 yanvar, 16:22

ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

17 yanvar, 16:20

Sakit okeanın sahillərində qızıl yataqlarının necə əmələ gəldiyi izah edilib

17 yanvar, 16:00

AzMİU-nun 3 tələbəsi “Maarifçi” proqramının qalibi oldu

17 yanvar, 16:00

Şimal maqnit qütbü sürətlə yerini dəyişir

17 yanvar, 15:57

Sosial şəbəkədə videosu yayıldı, icra başçısı dəstək verdi

17 yanvar, 15:15

Kainatdakı qaranlıq maddənin sirri nədir?

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.