Britaniya Geoloji Xidmətin tədqiqatçıları şimal maqnit qütbünün mövqeyində əhəmiyyətli dəyişikliklərin olduğunu bildiriblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, aparılan son araşdırmalar şimal maqnit qütbünün Kanadadan Sibirə doğru sürətlə hərəkət etdiyini göstərir.
Son 20 il ərzində şimal maqnit qütbü xeyli məsafə qət edib. Onun hərəkətinin orta illik sürəti 50 km idisə, son illər bu sürət ildə 35 kilometrə qədər azalıb.
Tədqiqatçıların qeyd etdiyi kimi, maqnit qütbünün cari hərəkəti indiyədək müşahidə olunmayan unikal hadisədir. Hərəkət Kanada və Sibir əraziləri altında yerləşən maqnit bölgələrinin xüsusiyyətləri ilə əlaqələndirilir. Bu dəyişikliklər quruda, suda və havada naviqasiya üçün istifadə edilən GPS naviqatorlarının dəqiqliyi üçün vacibdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)