Bütün xəbərlər
test
17 yanvar, 16:47

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Qanlı yanvar - əbədi xatirə” mövzusunda tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir iştirakçıları 20 Yanvar faciəsində və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbirdə faciəni əks etdirən videoçarx nümayiş olunub.

LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dos. Kamal Mahmudov “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda məruzə edib. Məruzədə faciəni doğuran tarixi şərait, səbəbləri və ibrət dərsləri ətraflı təhlil olunub, 20 Yanvar faciəsinin keçmiş ittifaq rəhbərliyinin həmin illərdə ittifaq respublikalarında, o cümlədən Azərbaycanda yürütdüyü şovinist siyasətin acı nəticəsi olduğu vurğulanıb. Bildirilib ki, M.Qorbaçov və onun əlaltılarının bütün cidd-cəhdlərinə, törətdikləri qanlı qırğına baxmayaraq, Azərbaycan xalqı haqq mübarizəsindən nəinki geri çəkildi, əksinə, mübarizəni davam etdirərək ittifaq halqasından qoparaq müstəqilliyini elan edən ilk respublikalardan oldu. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarıməsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Məruzədə qeyd edilib ki, Heydər Əliyev hər şeydən əvvəl bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırıb. 20 Yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 35 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.

Universitetin Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aslan İbrahimov “20 Yanvar və Lənkəran”, LDU TGT-nin sədri Sara İbadzadə “Azadlıq yolu: 20 Yanvar şəhidlərinin əbədi xatirəsi” mövzularında çıxış ediblər. Çıxışlarda 35 il öncə baş verən hadisələr Azərbaycanın qanla yazılmış şanlı tarixi, şərəf, qeyrət salnaməsi, qəhrəmanlıq səhifəsi kimi dəyərləndirilib, xalqın azadlıq mübarizəsində H.Əliyevin müstəsna rolu vurğulanıb. Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə faciənin ibrət dərslərinin tələbələrə bütün açıqlığı ilə, faktlar və sənədlər əsasında çatdırılmasının, təbliğinin əhəmiyyəti çıxışlarda əksini tapıb.

Tədbirdə LDU tələbələrinin ifasında 20 Yanvar şəhidlərindən biri olan məktəbli Larisa Məmmədovanın xatirəsinə həsr olunmuş səhnəcik təqdim edilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

1 /2

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20January%202025/fb9e6fce-dfef-4090-970a-a0124cd58aab_IMG_7651.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20January%202025/c92f7987-4342-48ef-88a5-80605ca1edb9_IMG_7641.JPG

Xəbər lenti

17 yanvar, 19:23

Bu il əlavə olaraq 500-dən çox metodist işə cəlb olunacaq

17 yanvar, 19:10

Agentlik: Regionlarda metodistlər işdən çıxarılmır, metodiki xidmət yenilənir

17 yanvar, 17:54

ETN yanında İctima Şuranın üzvləri məktəb direktorları ilə görüşüblər – FOTOLAR

17 yanvar, 17:35

Şirvan-Salyan bölgəsinin 16 şagirdi olimpiadada 2 fənn üzrə uğur qazanıb

17 yanvar, 17:35

Millət vəkilindən məktəblərdə telefon qadağası ilə bağlı AÇIQLAMA

17 yanvar, 17:23

Şagirdlər etiraf edirlər ki, telefon olmayanda dərsi daha yaxşı başa düşürlər – Ekspert 

17 yanvar, 17:14

 Xarici dil fənn kurikulumunun müzakirəsi keçirilib

17 yanvar, 17:10

Qlobal istiləşmə 30 milyon insanın həyatına son qoyacaq

17 yanvar, 17:07

Robotlar insan astronavtları əvəz edə bilərmi?  

17 yanvar, 16:54

ADPU-da 20 Yanvar şəhidləri anılıb

17 yanvar, 16:54

Olimpiadanın yarımfinalında - “Özüm hazırlaşmışam” 

17 yanvar, 16:50

Xərçəngin müalicəsi üçün nəzərdə tutulan layihə ləğv edilib

17 yanvar, 16:22

ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

17 yanvar, 16:20

Sakit okeanın sahillərində qızıl yataqlarının necə əmələ gəldiyi izah edilib

17 yanvar, 16:00

AzMİU-nun 3 tələbəsi “Maarifçi” proqramının qalibi oldu

17 yanvar, 16:00

Şimal maqnit qütbü sürətlə yerini dəyişir

17 yanvar, 15:57

Sosial şəbəkədə videosu yayıldı, icra başçısı dəstək verdi

17 yanvar, 15:50

Alimlər insanların karbohidratlardan asılılığının mənşəyini tapıblar

17 yanvar, 15:15

Kainatdakı qaranlıq maddənin sirri nədir?

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.