Azərbaycan Texnologiya Universitetində (ATU) narkomaniya ilə mübarizəyə həsr edilmiş tədbir keçirilib.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin (İB) “Ekomediasiya: sağlamlıq və ekologiya arasında gənclik körpüsü” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, “Gənclərin Anti-Narkomaniya” İB-nin sədri Büllur Məmmədova, Gəncə Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Semur Abdullayev, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı İsmayıl Şıxəliyev, Gəncə şəhər Narkoloji Dispanserin nümayəndəsi Nurlana Rəhimova tələbələr qarşısında çıxış edib, narkomaniya kimi zərərli vərdişlərlə mübarizə yollarından, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan bu bəlanın fəsadlarından danışıb, tələbələrin mövzuya dair suallarını cavablandırıblar.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)