
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tikinti-iqtisad fakültəsinin Tələbə Gənclər Təşkilatı və SDG Klubunun birgə təşkilatçılığı ilə “50 il – 50 ekskursiya” layihəsi çərçivəsində növbəti ekskursiya təşkil olunub.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində tələbələr bu dəfə YARAT Müasir İncəsənət Mərkəzinə səfər ediblər.
Ekskursiya zamanı tələbələr mərkəzdə nümayiş olunan sərgilərlə tanış olub, yerli və xarici rəssamların müasir incəsənət nümunələrini incələyiblər. Tələbələrə YARAT komandası tərəfindən sərgilər barədə ətraflı məlumat verilib, əsərlərin ideya və mesajları izah olunub.
Səfərin məqsədi tələbələrin mədəni dünyagörüşünü genişləndirmək, yaradıcı təfəkkürlərini inkişaf etdirməklə müasir incəsənətə maraqlarını artırmaq olub.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər