Bütün xəbərlər
test
14 yanvar, 12:41

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşkilatçılığı ilə Daşkənd Memarlıq və İnşaat Universiteti və İslam Kərimov adına Daşkənd Texniki Universitetinin müvafiq kafedraları arasında birgə beynəlxalq elmi seminar keçirilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, seminar hər iki ölkənin ali təhsil sistemləri arasında dərinləşən əməkdaşlığın, elmi-tədqiqat sahəsində yeni üfüqlərin başlanğıcı kimi dəyərləndirilib.

Onlayn şəkildə təşkil olunan seminarda AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan əvəzi dosent Elgiz Həsənov, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov, kafedranın əməkdaşları, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və müdir müavini Könül Şirinova iştirak ediblər. 

Özbəkistan universitetlərindən isə seminara Daşkənd Memarlıq və İnşaat Universitetinin akademik fəaliyyət üzrə prorektoru professor Rüstəmxan Xadjayev, elm və innovasiya üzrə prorektoru dosent Dildora Mircəlilova, Beynəlxalq şöbənin müdiri Aida Tolipova, Mühəndislik fakültəsinin dekanı Dilşaod Xolikov, Mühəndis kommunikasiyaları kafedrasının müdiri D.Mahmudova, İ.Kərimov adına Daşkənd Texniki Universitetindən professor M.A.Koroli, dosentlər X.İsaxocayev, A.İvanisova və hər iki universitetin aidiyyəti kafedralarından tanınmış alimlər qatılıblar. Tədbirdə eyni zamanda Daşkənd Elmi-tədqiqat İrriqasiya və Su Problemləri İnstitutundan nümayəndələr, gənc tədqiqatçılar da iştirak edərək elmi müzakirələrə yeni baxış gətiriblər. 

AzMİU ilə Özbəkistan universitetləri arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və professor-müəllim heyətinin təcrübə mübadiləsinin artırılması barədə konkret qərarlar qəbul edilib. Tərəflər bu əməkdaşlığın regionun mühəndislik və elmi inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor N.Y.Məmmədov, dosentlər G.H.Feyziyeva və M.M.Cavadova, eləcə də Daşkənd universitetlərindən tanınmış alimləri öz təqdimatları ilə diqqət çəkiblər.

Seminar zamanı Daşkənd Memarlıq və İnşaat Universiteti ilə AzMİU arasında imzalanan müqavilə əsasında uyğun kafedralarda aparılan elmi-tədqiqat işləri, eyni zamanda gələcəkdə birgə yerinə yetirilməsi mümkün olan elmi işlər haqqında birgə müzakirələr də aparılıb. 

Yüksək səviyyədə keçən seminarda kafedralar gələcək elmi-pedaqoji əlaqələrin daha intensiv şəkildə aparılmasını qərara alıblar.

Elmi seminar AzMİU-nun regional və qlobal səviyyədə elmi əməkdaşlıq baxımından necə mühüm bir mərkəzə çevrildiyini bir daha təsdiqləyib. Gələcəkdə daha geniş miqyaslı layihələrin başlanğıcı olmaqla yanaşı, gənc tədqiqatçılara beynəlxalq elm aləminə inteqrasiyaya şərait yaradacaq. 

1 /2

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/e3550b35-6f38-4058-ac70-03c9c34c0318_1736837571678609c3626f9.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/7d15c3c4-2983-4015-9ef6-4a726cb988b5_1736837571678609c362511.jpg

Xəbər lenti

14 yanvar, 19:09

Fəlakət bölgələrində təhsil: "Education Cannot Wait" nədir?

14 yanvar, 17:45

Los-Anceles yanğınları: iqlim dəyişiklikləri yanğın mövsümünü uzadıb

14 yanvar, 17:34

Bu il 20-30 nəfərə “Neuralink”in beyin implantı yerləşdiriləcək

14 yanvar, 17:22

Göygöldə məktəblilər arasında mübahisə olub

14 yanvar, 17:20

Uşaqlarınızın yaddaşını bu üsullarla gücləndirə bilərsiniz! 

14 yanvar, 17:12

Afantaziya: Görmədən düşünmək və xatırlamaq

14 yanvar, 16:42

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə keçirilib

14 yanvar, 16:30

BDU-da sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

14 yanvar, 16:12

“Uşağa bir şəxsiyyət kimi yanaşmaq lazımdır” – Psixoloq rəyi

14 yanvar, 16:05

Uçan maşınlar reallığa çevrilə bilər?

14 yanvar, 15:36

Regionlarda işləyən müəllimlər ipotekadan necə yararlana bilərlər?

14 yanvar, 15:31

TİF ilə Azərbaycan Milli Konservatoriyası arasında görüş keçirilib

14 yanvar, 15:18

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı

14 yanvar, 15:16

Bu günədək ipoteka krediti alan müəllimlərin sayı açıqlanıb – RƏSMİ

14 yanvar, 15:05

Beynəlxalq olimpiadalara hazırlıq dərsləri interaktiv metodlarla keçirilir 

14 yanvar, 15:04

“Qaydaları başa düşmədim”

14 yanvar, 15:04

Xaricdə yaşayan azərbaycanlı alim: “Beyin köçü”nü “beyin gücü”nə çevirə bilərik

14 yanvar, 15:00

Ağstafada “Konstitusiya və Suverenlik ili” ilə bağlı intellektual yarış keçirilib

14 yanvar, 14:52

İkinci ali təhsil: Yeni diplom, ya daha geniş karyera perspektivləri?

14 yanvar, 14:19

Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti AHİK-də rəsmi görüşlər keçirib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.