Bütün xəbərlər
21 oktyabr, 11:19

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) italyan dili üzrə beynəlxalq PLIDA sertifikasiya imtahanlarının rəsmi başlanmasına həsr olunmuş tədbir keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir Xarici əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə, CIAO şirkətinin və İtaliya Səfirliyinin dəstəyi ilə İtalyan dili və mədəniyyəti üzrə Dünya Həftəsi çərçivəsində baş tutub.

Tədbirdə İtaliyanın Dante Alighieri Cəmiyyətinin nümayəndəsi Alessandro Salacone iştirak edib. O, tədbirə qədər AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva ilə görüşərək universitetdə italyan dilinin tədrisinin inkişaf istiqamətləri, mədəni və akademik əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Rəsmi açılış mərasimində çıxış edən Alessandro Salacone PLIDA sertifikasiyasının əhəmiyyətindən danışaraq imtahanların keçirilmə qaydaları, qiymətləndirmə meyarları və beynəlxalq tanınma prinsipləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, PLIDA sertifikatı tələbələrə italyan dilində biliklərini beynəlxalq səviyyədə təsdiqləmək, həmçinin İtaliyada təhsil almaq və karyera qurmaq üçün əlavə üstünlüklər əldə etmək imkanı yaradır.

Tədbir iştirakçıları sertifikasiya prosesi ilə bağlı suallarını qonağa ünvanlayıb, İtaliya ilə mədəni və akademik əlaqələrin genişləndirilməsi istiqamətində maraqlı müzakirələr aparıblar.

AzMİU-da PLIDA imtahanlarının başlanması italyan dilinin tədrisinin beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələrin qlobal təhsil imkanlarına çıxışının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

1 /1

Şərhlər

Xəbər lenti

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

21 oktyabr, 12:18

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu əməkdaşlıq edəcək

21 oktyabr, 12:10

Tofiq Əhmədov: Təhsil liderləri təkcə nazirlik və institutlarda yetişdirilməli deyil

21 oktyabr, 12:05

Şehzad Civa: Azərbaycan təhsildə keyfiyyət artımı üzrə irəliləyib

21 oktyabr, 11:53

TKTA akkreditasiyaya cəlb edilən ekspertlərlə bağlı açıqlama verdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.