Bütün xəbərlər
13 mart, 09:39

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Bakıda və regionlarda yerləşən peşə təhsili müəssisələrində qısamüddətli təlimlər davam edir. 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir.

Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

Ümumilikdə 8 peşə təhsili müəssisəsində 42 ixtisas üzrə keçirilən qısamüddətli təlimlərə bu günədək 531 müdavim cəlb edilib. Qısamüddətli təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Kürdəmir Peşə Liseyi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Mingəçevir Peşə Məktəbi, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçirilir. Təlimlər bərbər-vizajist-manikürçü; qənnadçı-şirniyyatçı; elektrik avadanlıqlarının xidmət və təmiri üzrə elektrik montyoru; aşpaz; arıçı; bərbər; dərzi; təmirçi-çilingər; qrafik dizayner; əl elektrik qaynaqçısı; kabel xətlərinin quraşdırılması və təmiri üzrə elektrik montyoru; baytar köməkçisi; aqronom/texnik; isitmə-soyutma, havalandırma sistemləri üzrə montajçı; kompüter və şəbəkələrə xidmət/yardım masası (HelpDesk) mütəxəssisi; rəqəmsal media və marketinq; barmen; mehmanxana qeydiyyatçısı; ofisiant və satış təmsilçisi ixtisasları üzrə keçirilir. Növbəti mərhələlərdə alternativ enerji qurğu və avadanlıqlarının istismarı; avtomobil diaqnostikası və təmiri ustası; bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı; elektrik-qaz qaynaqçısı; frezerçi; geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər; isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı; kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər; kibertəhlükəsizlik üzrə mütəxəssis; mühasib; mühafizəçi; kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı; mebel ustası; mobil telefonların təmiri ustası; proqramla idarə olunan dəzgahların operatoru; qazanxana maşinisti; rəqəmli idarə olunan dəzgahların kompüter operatoru (CAD/CAM/ CAE), tornaçı; xalçaçı, xalça məmulatlarının bərpası; bağban dekorator; logistika operatoru və masajist ixtisasları üzrə qısamüddətli təlimlərin keçirilməsi təklif edilir.

Təlim istiqamətləri əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq müəyyən edilir və müvafiq sahə üzrə texniki biliklərə sahib olan, həmçinin təlimçilik sahəsində kifayət qədər təcrübəsi olan şəxslər tərəfindən keçirilir.

Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.