.jpeg)
“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində 3-cü yerə layiq görülən “Creators” komandası “Ağıllı dərman qutusu” adlı maraqlı layihə hazırlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, komandanın təqdim etdiyi ağıllı dərman qutusu xüsusi proqram təminatı əsasında hazırlanıb və sensorlarla təchiz olunub. Bu qutu istifadəçilərə preparatların qəbul vaxtını xatırladır. Qutu, həmçinin doza nəzarətini təmin edir.
Komanda üzvləri bildirirlər ki, layihə xüsusilə yaşlı və xroniki xəstəlikləri olan şəxslər üçün əlverişlidir.
“Creators” komandasının üzvlərinin əsas hədəfi layihəni daha da təkmilləşdirmək və geniş kütləyə təqdim etməkdir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər