
Mahinur Yusifli Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif, Nuray Məmmədli isə Sumqayıt şəhər 26 nömrəli məktəbin IX sinif şagirdidirlər. Onların “RegenAid” adlı layihəsi “Sabahın alimləri” XIV Respublika Layihəsi Müsabiqəsinin bürünc medalına layiq görülüb.
Mahinur Yusifli “Azərbaycan müəllimi”nə deyir ki, diabet xəstələrinin ən böyük problemlərindən biri diabetik ayaq yaralarıdır. Bu yaralara düzgün nəzarət olunmadıqda ağır fəsadlara səbəb olar, hətta amputasiya ilə nəticələnə bilər:
“Qohumumu ziyarətə getmişdik. Diabetik ayaq yarası nəticəsində ayağı amputasiya olunmuşdu. Düşündüm ki, təbabət bu qədər inkişaf etdiyi halda insanlar hələ də hansısa orqanını itirirlər. Hər kəsi xilas edən, hər kəs üçün əlçatan bir qurğu hazırlamaq qərarına gəldik. Layihəni 6 aya hazırladıq. Antosiyanin tərkibli yara sarğısı və yaranın temperaturunu, nəmliyini uzaqdan izləyən qurgu hazırladıq. Biz bu qurğu sayəsində xəstənin vəziyyətini məsafədən nəzarətdə saxlamaqla yanaşı, onun sağalmasını da tezləşdirə bilərik. Qurğu proqram təminatı ilə işləyir və onda mikroprosessor var ki, bu da yaradakı məlumatı mobil cihaza ötürməsini təmin edir”.
Mahinur bu müsabiqənin onlar üçün yalnız bir elmi yarış deyil, həm də yeni biliklər qazanmaq və müxtəlif innovativ ideyalarla tanış olmaq üçün əla fürsət kimi dəyərləndirir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər