Emin Əmrullayev: Elmi məhsulu az olan tədqiqat müəssisələri rasionallaşdırılmalıdır

10 Dekabr, 2024 - 13:56

Elmi məhsulu olmayan elmi-tədqiqat müəssisələrinin rasionallaşdırılması aparılmalıdır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, elmi-tədqiqat müəssisələrinin sayının çox olması problem deyil:

“Əsas məsələ odur ki, sayın çox olmasına rəğmən, elmi məhsul sayı daha azdır. Təbii ki, elmi məhsulu olmayan elmi-tədqiqat müəssisələrinin rasionallaşdırılması aparılmalıdır”.