
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 17 sentyabr tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi barədə olub.
Bu barədə “Azərbaycan müəllimi”nə AMEA-dan məlumat verilib. İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamın icrası ilə əlaqədar olaraq Rəyasət Heyəti tərəfindən sentyabrın 29-da qərar qəbul edilib və AMEA-nın müvafiq elmi bölmələrinə, müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması üçün təkliflərin hazırlanaraq AMEA-nın İctimai Elmlər Bölməsinə təqdim edilməsi tapşırılıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, ötən müddət ərzində təqdim olunmuş təkliflər əsasında AMEA-nın İctimai Elmlər Bölməsi tərəfindən Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsi hazırlanaraq Rəyasət Heyətinə təqdim olunub.
Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Tədbirlər planını təqdim edib. Bildirib ki, Tədbirlər planında “Fətəli xan Xoyski: Azərbaycanın milli dövlətçilik tarixində fenomenal şəxsiyyət”, “Azərbaycanın istiqlal mücahidi”, “Fətəli xan Xoyskinin həyatı və ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan ədəbiyyatında Fətəli xan Xoyskinin bədii obrazı”, “Azərbaycan milli dövlətçilik tarixində Fətəli xan Xoyski irsi - ədalətin, vətənpərvərliyin və istiqlalın təcəssümü”, “Cümhuriyyət qurucularından biri: Fətəli xan Xoyskinin həyat və fəaliyyəti” mövzusunda seminar, konfrans və s. tədbirlərin keçirilməsi, “Fətəli xan Xoyski” monoqrafiyasının və digər kitabların nəşr edilməsi nəzərdə tutulub.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planını təsdiqləyib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər