
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 13 aprel 2025-ci il tarixində şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək.
Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 23 mərkəzdə təşkil olunacaq monitorinqdə 4800-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunacaq.
Qeyd edək ki, təşkil olunacaq növbəti monitorinq 2024-2025-ci tədris ilində IX siniflər üzrə keçiriləcək üçüncü buraxılış qiymətləndirmə monitorinqidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər