Bütün xəbərlər
29 noyabr, 11:43

Təhsil İnstitutu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Lənkəran şəhərində VII sinif şagirdləri üçün xüsusi hazırlıq dərsləri keçirilir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində riyaziyyat və informatika fənləri üzrə VII sinif şagirdlərinə 4 ay ərzində xüsusi hazırlıq dərsləri keçiriləcək. Qruplara şagird seçimi müvafiq imtahan nəticəsinə görə aparılıb. İmtahan nəticəsində riyaziyyat və informatika fənlərinin hər biri üzrə 60 nəfər şagird seçilib. Şagirdlər topladıqları ballara əsasən A, B və C qruplarına ayrılıb. Hər iki fənn üzrə ümumilikdə 6 qrupda 120 şagird hazırlıq keçir.

Bütün qruplar paralel olaraq ingilis dili üzrə sürətləndirilmiş dərslər keçirlər. İngilis dili məşğələlərinin məqsədi şagirdlərin ingilis dili üzrə biliklərini artırmaq, ilkin danışıq bacarıqlarını formalaşdırmaqdır.

Şagirdlərin qeyri-dərs saatlarında peşəkar müəllimlər tərəfindən xüsusi proqramlar əsasında riyaziyyat və ingilis dili fənləri üzrə məşğələlər əyani, informatika fənni üzrə məşğələlər isə distant formada həyata keçirilir. Məşğələlər Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə təşkil olunur.

Layihənin məqsədi şagirdlərin riyazi bilik və bacarıqlarını inkişaf etdirmək, alqoritmik düşüncə tərzinin formalaşdırılmasına dəstək olmaq və kodlaşdırma qabiliyyətlərinin praktiki tətbiqinə şərait yaratmaq, eləcə də müvafiq sahələr üzrə milli, beynəlxalq fənn və layihə olimpiadaları, müsabiqələr, yarışlar haqqında ətraflı məlumat vermək və iştiraklarını təmin etməkdir.

Xüsusi proqram əsasında 24 nəfər riyaziyyat və 24 nəfər informatika müəllimlərinə də təlimlər keçirilib. Bu təlimlər təhsilverənlərin olimpiadalara hazırlıq təcrübəsini formalaşdıracaq.
 

1 /4

Xəbər lenti

1 fevral, 13:32

Naxçıvanda 50 yeni STEAM kabinet yaradılacaq

1 fevral, 13:10

SDU-nun Elmi Şurasının iclası keçirilib

31 yanvar, 20:56

Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib

31 yanvar, 18:21

Yaradıcı müəllimlər təltif olunub

31 yanvar, 17:44

Gənc müəllimlərin şagirdlərində milli-mənəvi dəyərlərin formalaşdırılmasında rolu

31 yanvar, 17:23

İnsan qavrayışını simulyasiya etmək üçün sintetik neyron yaradılıb

31 yanvar, 17:10

“Keyfiyyətli təhsil üçün kurikulumun rolu olduqca əhəmiyyətlidir”

31 yanvar, 17:09

Fəaliyyətimizin təqdir edilməsi bizi gələcəyə daha da ruhlandırır - Prezident mükafatına layiq görülən gənc

31 yanvar, 16:45

Günəşin aktivliyi 2025-ci ildə maksimuma çata bilər

31 yanvar, 16:36

Ali məktəblərin köçürülməsi problemin həlli, yoxsa yeni problemin yaranması deməkdir? 

31 yanvar, 16:35

Məktəblərin ətrafında parklanma məhdudiyyətləri tətbiq edilməlidirTƏKLİF

31 yanvar, 16:20

Sakit okeanın suları altında yeni qitə gizlənib?

31 yanvar, 16:10

Alimlər yerdə tapılmayan yeni element aşkar ediblər

31 yanvar, 15:58

Sumqayıtda dövlət məktəbinin şagirdləri üçün avtobus ayrılıb 

31 yanvar, 15:55

Peşə təhsilverənləri üçün “İnklüziv peşə təhsili metodaları” mövzusunda təlimlər keçirilib

31 yanvar, 15:55

Süni intellektin insanlara xas supergücü kəşf edilib

31 yanvar, 15:45

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdlərinə riyaziyyatdan intensiv dərslər keçirilib

31 yanvar, 15:39

“Şəhid həyat yoldaşımın peşəsini davam etdirmək arzusundayam” - Təhsilini illər sonra davam etdirənlər

31 yanvar, 15:34

Ali məktəblərdə dərslər 10.00-da başlasın - TƏKLİF 

31 yanvar, 15:25

Şagirdlər tapşırıqlarını nə üçün təxirə salırlar? 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.