Bütün xəbərlər
8 oktyabr, 09:32

Oktyabrın 7-də Mingəçevir Dövlət Universitetinin (MDU) Beynəlxalq əməkdaşlıq ofisinin təşkilatçılığı ilə “Orhun Mübadilə Proqramı”na həsr olunmuş infosessiya keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, universitetin akt zalında baş tutan tədbirdə MDU-nun akademik-inzibati heyətinin üzvləri, tələbə və magistrlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin rəhbəri Samirə Əhmədova universitetdə müəllim və tələbələr üçün mövcud beynəlxalq əməkdaşlıq imkanları, ikili diplom və mübadilə proqramları barədə məlumat verib. O, çıxışında beynəlxalq təcrübənin müəllim və tələbələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra ofisin koordinatoru Pərviz Məmmədrzayev “Orhun Mübadilə Proqramı” barədə ətraflı təqdimatla çıxış edib. O, proqramın məqsədləri, iştirak qaydaları, tərəfdaş universitetlər və tələbələr üçün yaradılan imkanlar haqqında danışıb.

İnfosessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, mübadilə proqramının üstünlükləri və həyata keçirilmə mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

“Orhun Mübadilə Proqramı”nın əsas məqsədi Türk dövlətləri arasında elm, təhsil və mədəni əlaqələri gücləndirmək, gənclər arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini inkişaf etdirmək, eləcə də üzv universitetlər arasında təhsil və elmi tədqiqat mübadiləsini təşviq etməkdir.

Proqram çərçivəsində tələbə və müəllimlər Türk dövlətlərinə məxsus 100-dən çox universitetdə təhsil və tədris mübadiləsində iştirak edə bilirlər.

Qeyd edək ki, “Orhun Mübadilə Proqramı” Türk dünyasında ortaq ali təhsil məkanının formalaşdırılmasına yönəlmiş beynəlxalq təşəbbüsdür. Proqram 2017-ci ildə Türk Universitetlər Birliyi (TÜRKÜNİB) tərəfindən təsis olunub və hazırda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərini əhatə edir.

1 /5

Şərhlər

Xəbər lenti

8 oktyabr, 14:12

Pozitivlik həyatımın əsas açarıdır – 72 yaşlı tələbə və könüllü 

8 oktyabr, 13:59

“Milli Proqram” istifadəçiləri “Coursera”da 13 mindən çox kursdan yararlana bilər

8 oktyabr, 13:56

Kimya üzrə Nobel laureatlarının adları elan olundu

8 oktyabr, 13:37

SAF25 könüllü proqramı ilə bağlı nəticələr açıqlandı

8 oktyabr, 13:07

İdman Akademiyası ilk dəfə ölkə xaricində beynəlxalq konqres keçirib

8 oktyabr, 13:03

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul başlayır

8 oktyabr, 12:55

PISA-nın iqlim savadlılığı üzrə qiymətləndirməsinin pilot mərhələsi keçirilir

8 oktyabr, 12:49

İnklüzivliyin çox ciddi bir mərhələsindəyik – bp şirkətinin vitse-prezidenti

8 oktyabr, 12:41

Deputat: Universitet–özəl sektor əməkdaşlığı faydalı nəticələr verir

8 oktyabr, 12:37

Anar Bayramov: İnklüziv təhsil sahəsində mühüm irəliləyişlər əldə olunub

8 oktyabr, 12:22

Tələbələrin işini asanlaşdıracaq yeni platforma yaradılır

8 oktyabr, 12:11

Nazirlər Kabineti institutların optimallaşdırılması ilə bağlı qərar verdi 

8 oktyabr, 12:09

TALIS tədqiqatının nəticələri açıqlandı - Əsas məqamlar

8 oktyabr, 11:53

Qarabağ Universitetində yeni təyinat olub

8 oktyabr, 11:51

Qırğızıstan-Türkiyə Manas Universitetinin professoru AzMİU-da olub

8 oktyabr, 11:51

UNİCEF: Təhsil iqlim dəyişikliyinə qarşı ən güclü müdafiə vasitəsidir

8 oktyabr, 10:35

On müəllimdən doqquzu işindən razıdır – Andreas Şleyxer

8 oktyabr, 10:29

Peşəkar idmançı olmaq istəyirəm – MDB Oyunlarının qızıl medalçısı

8 oktyabr, 10:16

Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq

8 oktyabr, 09:51

İnternat tipli ümumi təhsil müəssisələrində işləmək istəyənlərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.