Bütün xəbərlər
test
14 yanvar, 12:29

Universitetinizin dünyanın nüfuzlu reytinq sıralamasında yer almasını istərdinizmi? Belə bir şansı Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış reytinq agentliyi olan Times Higher Education (THE) şirkəti təqdim edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, THE dünyanın nüfuzlu ali təhsil müəssisələrinin qlobal reytinqində - World University Rankings və universitetlərin fənlərarası elmə töhfəsini ölçən Fənlərarası Elm Reytinqində (ISR) təmsil olunmaq üçün ali təhsil müəssisələrini qurumun yaratdığı məlumat portalında qeydiyyatdan keçməyə və öz məlumatlarını göndərməyə dəvət edir.

Hər iki reytinq 2025-ci ilin payızında dərc olunacaq. Portal iki aydan çox müddətə açıq olacaq və martın 30-da bağlanacaq. İştirak etmək üçün heç bir ödəniş yoxdur, lakin yalnız portal vasitəsilə məlumat təqdim edən qurumlar cədvəllərə daxil ediləcək.
  
Növbəti ildə Fənlərarası Elm Reytinqində iştirak etmək istəyən qurumlar, keçən il olduğu kimi, eyni portaldan istifadə edərək, Dünya Universitetləri Reytinqləri üçün məlumatları, habelə fənlərarası elmlər haqqında əlavə məlumatları təqdim etməlidirlər. Bu il bir və ya bir neçə elm sahəsini ictimai elmlərlə əlaqəli şəkildə özündə birləşdirən istənilən tədqiqat layihəsini əhatə etmək üçün fənlərarası əhatəlilik genişləndirilib.

Məlumatların təqdim edilməsi hər iki reytinq üçün bütün universitetlərdən ötrü açıqdır, lakin qurumlar yalnız müəyyən meyarlara cavab verdikdə sıralamada yer alacaq. Reytinq tələblərinə cavab verməyən qurumlar hələ də məlumat təqdim etməyə təşviq olunurlar, çünki onlar THE “DataPoints” vasitəsilə müqayisə alətlərinə daxil ola biləcəklər. Onlar bu statusdan imtina etmədikcə, müvafiq reytinq cədvəllərində “reportyor” qurumlar kimi qeyd olunacaqlar.
İnstitusional məlumatların necə təqdim edilməsi ilə bağlı məsləhətlər və təlimatlar portalda bir neçə dildə mövcuddur. Portal martın sonunda bağlandıqdan sonra məlumatlarını yoxlamaq üçün universitetlərlə əlaqə saxlanıla bilər.

Keçən il THE-nin məlumat qrupu qlobal ali təhsil sektoru ilə əməkdaşlıq edərək 2025-ci il Dünya Universitetləri Reytinqini tərtib etmək üçün 127 ərazi üzrə 2860 universitetdən məlumat toplayıb. THE-nin bibliometrik məlumat tədarükçüsü “Elsevier” reytinq cədvəlləri üçün 18 milyon tədqiqat nəşrini və elmi məqalələrdən 157 milyon sitatı təhlil edib.

Portal vasitəsilə bu il Dünya Universitetləri Reytinqləri üçün toplanan məlumatlar təkcə 2026-cı il qlobal reytinq və mövzu cədvəllərini deyil, həm də THE-nin digər regional reytinqlərini də əhatə edəcək.  

Sonda qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələri də 2026-cı ilin Dünya Universitetləri Reytinqində iştirak etmək üçün THE-nin yaratdığı xüsusi məlumat portalında -  profilerankings@timeshighereducation.com qeydiyyatdan keçməklə öz məlumatlarını təqdim edə bilərlər. 

2026-cı ilin Fənlərarası Elm Reytinqində  iştirak etmək istəyən universitetlərimiz interdisciplinary@timeshighereducation.com ünvanına öz məlumatlarını göndərə bilərlər.

https://www.timeshighereducation.com/world-university-rankings/wur-and-isr-2026-time-submit-your-data

Xəbər lenti

14 yanvar, 19:09

Fəlakət bölgələrində təhsil: "Education Cannot Wait" nədir?

14 yanvar, 17:45

Los-Anceles yanğınları: iqlim dəyişiklikləri yanğın mövsümünü uzadıb

14 yanvar, 17:34

Bu il 20-30 nəfərə “Neuralink”in beyin implantı yerləşdiriləcək

14 yanvar, 17:22

Göygöldə məktəblilər arasında mübahisə olub

14 yanvar, 17:20

Uşaqlarınızın yaddaşını bu üsullarla gücləndirə bilərsiniz! 

14 yanvar, 17:12

Afantaziya: Görmədən düşünmək və xatırlamaq

14 yanvar, 16:42

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə keçirilib

14 yanvar, 16:30

BDU-da sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

14 yanvar, 16:12

“Uşağa bir şəxsiyyət kimi yanaşmaq lazımdır” – Psixoloq rəyi

14 yanvar, 16:05

Uçan maşınlar reallığa çevrilə bilər?

14 yanvar, 15:36

Regionlarda işləyən müəllimlər ipotekadan necə yararlana bilərlər?

14 yanvar, 15:31

TİF ilə Azərbaycan Milli Konservatoriyası arasında görüş keçirilib

14 yanvar, 15:18

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı

14 yanvar, 15:16

Bu günədək ipoteka krediti alan müəllimlərin sayı açıqlanıb – RƏSMİ

14 yanvar, 15:05

Beynəlxalq olimpiadalara hazırlıq dərsləri interaktiv metodlarla keçirilir 

14 yanvar, 15:04

“Qaydaları başa düşmədim”

14 yanvar, 15:04

Xaricdə yaşayan azərbaycanlı alim: “Beyin köçü”nü “beyin gücü”nə çevirə bilərik

14 yanvar, 15:00

Ağstafada “Konstitusiya və Suverenlik ili” ilə bağlı intellektual yarış keçirilib

14 yanvar, 14:52

İkinci ali təhsil: Yeni diplom, ya daha geniş karyera perspektivləri?

14 yanvar, 14:19

Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti AHİK-də rəsmi görüşlər keçirib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.