Ölkə birinciliyində qalib oldular

23 May, 2026 - 12:24
Ölkə birinciliyində qalib oldular

15-18 may 2026-cı il tarixlərində U-11, 2016-cı il və daha kiçik təvəllüdlü idmançılar arasında badminton idman növü üzrə ölkə birinciliyi keçirilib.


"Azərbaycan müəllimi" xəbər verir ki,  birincilikdə "Təhsil" Respublika İdman Mərkəzinin tabeliyində fəaliyyət göstərən İdman məktəblərinin yetirmələrindən 10 nömrəli UGİM-in idmançıları Rəcəb Həsənov (şəxsi 2-ci, qoşa 2-ci, qarışıq qoşa 2-ci yer) və Ziba Məmmədli (şəxsi 2-ci, qoşa 1-ci, qarışıq qoşa 2-ci yer), Lənkəran UGİŞM-in idmançıları Mirsadıq Verdizadə (qoşa 3-cü, qarışıq qoşa 3-cü yer) və Yusif Hüseynov (qoşa 3-cü yer), həmçinin Gəncə şəhər 1 nömrəli UGİŞM-in idmançıları Milana Sadıxova (qoşa 3-cü, qarışıq qoşa 3-cü yer) və Xədicə Şərbətova (qoşa 3-cü yer) uğurla çıxış edərək yüksək nəticələr qazanıblar.

Ölkə birinciliyində qalib oldular
Ölkə birinciliyində qalib oldular
Ölkə birinciliyində qalib oldular